Uçquna görə bağlanan Quba-Xınalıq yolu açıldı

09:55 - 20 Fevral 2018 - Cəmiyyət

Ötən gün şəhər saatlarında qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.

"Ucnoqta.az"ın APA-ya istinadən verdiyi məlumata görə, yolun 35-ci və 37-ci km-də yola düşən qar xüsusi texnikanın köməkliyi ilə yoldan təmizlənib.
 

Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu baş vermişdi.

Xəbər xətti