Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlillərinin - Prezident təqaüdü artırıldı

20:20 - 19 Fevral 2018 - Cəmiyyət

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

 

Dövlət başçısının digər sərəncamlarına əsasən, müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Xəbər xətti