Ərdoğan və Putin arasında kritik telefon danışığı

18:24 - 19 Fevral 2018 - DÜNYA

Türkiyə prezidenti Ərdoğanla Rusiya lideri Putin arasında telefon danışığı olub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, iki lider terrora qarşı birlikdə hərəkət etmək qərarı mövzusunda həmfikir olduqlarını bildiriblər.
 

Prezidentlərin telefon danışığında Afrin və İdlib mövzusu da müzakirə edilib. Ərdoğan Putinə "Zeytin Dalı" əməliyyatı barədə məlumat verib.
 

İdlibdə gərginliyi azaltma bölgəsində yeni müşahidə məntəqələrinin yaradılması prosesi ilə bağlı məsələlərə də toxunulub. İki lider qarşılıqlı və regional mövzularda yaxın təmasda olmağa davam etməyin önəmini vurğulayıb.

Xəbər xətti