Ana səhifə
15 Noyabr 2018

Ən gözəl deputatın yalanı ortaya çıxdı- Fotosessiya

Ukrayna Ali Radasının “ən sirli deputat”ı kimi təqdim edilən 23 yaşlı Alyona Koşelova ikinci dəfə jurnalistlərin sualları qarşısında çətin duruma düşüb.

 

 

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, parlamentin ilk iclasına bahalı şuba və iki mühafizəçi ilə gələrək diqqətləri üzərinə çəkən gənc deputat daha əvvəl hərbi xəstəxanada könüllü kimi çalışdığını bildirmişdi. Ukraynalı jurnalistlər isə xəstəxanada çalışan könüllülərlə görüşüblər və onlar heç vaxt gələcək deputat ilə qarşılaşmadıqlarını deyiblər. Məlum olub ki, tibb müəssisəsində sirli deputatı heç kim tanımırmış.

 

Məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Alyona Koşeleva bunun ona qarşı hazırlanan təxribat olduğunu heç vaxt xeyriyyə fəaliyyətini reklam etmədiyini bildirib:

 

“Həmin xəstəxanada işləmişəm. Hesab edirəm ki, bu təxribatdır, çünki biz hər gün orada könüllülərin otağında qarşılaşmışıq. Lakin mən 6-cı mərtəbədə reanimasiyada işləmişəm”.

 

Daha sonra mühafiəzçilər müdaxilə edib və deputat çəkiliş qrupunun yanından uzaqlaşdırılıb.

 

Xatırladaq ki, bu, Koşelevanın düşdüyü ilk çətin durum deyil. Belə ki, Ali Radanın ilk toplantısında o, jurnalistin Ukraynın dövlət quruşulu ilə bağlı sualını cavablandıra bilməmiş və mütləq mətbuatla növbəti görüşündə biliklərini paylaşmağa söz vermişdi.

 

Oleq Lyaşko başçılıq etdiyi “Radikal” Partiyanın seçki siyahısından  parlamentə üzv olan Alyona Koşeleva ilə bağlı aparılan müzakirələrə reaksiya verib : “Alyona Koşeleva ağıllı, gözəl, idmançı, bir sözlə əla qızdır. Alyona 23 yaşında Xarkovda iki universitet bitirib- radioelektronika və memarlıq-tikinti universitetini. Ukrayna, rus, ingilis və alman dillərini sərbəst danışır”.

Tarix
1 Dekabr 2014 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin