Ana səhifə
18 Dekabr 2018

Eldar Əzizov Bayıl sakinləri ilə görüşüb

Səbail rayonu 163 №-li orta məktəbdə Səbail RİH başçısı Eldar Əzizov Bayılda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Cənub Dərə yaşayış sahəsindəm müvəqəti köçürülən vətəndaşlarla  görüş keçirib. 

Ucnoqta.az xəbər verir ki, Eldar Əzizov son günlərdə yamacda baş verən prosseslər, yerli və xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti, mövcud şəraitdən çıxış yolları, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verdi.

Qeyd olundu ki, sürüşmə təhlükəsi ilə bağlı ərazidən 93 fərdi evdə yaşayan sakinlər köçürülüb. Onlarin bir qismi  öz qohumlarının evlərinə, digərləri isə 163 №-li orta məktəbdə yadılmış müvəqqəti sığınağaqda yerləşdiriliblər. Fevralın 10-da həmin ərazidə 4 yaşayış evi tam, 2-si isə qismən dağılıb. Yalnız görülmüş tədbirlərin nəticəsidir ki, burada xəsarət alan olmayıb. RİH tərəfindən ayrılmış nəqliqqat və işçi qüvvəsinin köməyi ilə  vətəndaşların əmlakı çıxarılaraq başqa yerlərə daşınıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması üçün burada postlar gücləndirilib. RİH tərəfindən 163 №-li məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb.  
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  müvafiq Sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılmış, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb.
Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb. 
Bu gündən kirayə haqları verilməyə başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq. Birdəfəlik kompensasiya məsələsinə isə baxılır. Sakinlərin nə qədər kirayədə qalması prosesdən asılıdır. Alimlər işləyir, onlar araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev  zonadan kənarda olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar geri qayıdacaq”. 
E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.
Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Sürüşmə ərazisindəki evlərin 98 %-inin heç bir sənədi və qeydiyyatı olmayan qanunsuz tikililərdir. Lakin buna baxmayaraq dövlət hər kəsə bərabər münasibət göstərir. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görüləcəkdir. 
Tarix
19 Fevral 2018 [17:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin