Ana səhifə
11 Dekabr 2018

Daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 13-ə çatdı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.
İclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 13 nəfərə çatıb. Bundan əvvəl MSK 12 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.trend

Tarix
19 Fevral 2018 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin