Yağış suyu Zabratda məktəb yolunu bu hala saldı — FOTO / VİDEO

15:12 - 19 Fevral 2018 - Cəmiyyət

Dünən paytaxta yağan yağış Zabrat qəsəbəsində acınaqcaqlı mənzərəyə səbəb olub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 148 nömrəli avtobus dayanacağı yağışdan sonra keçilməz vəziyyətə düşüb. Sakinlərin redaksiyaya etdiyi şikayətdən məlum olub ki, yaxınlıqda yerləşən E.Misirxanov adına 71 nömrəli məktəbə gedən yol da yağış sularından keçilməz vəziyyətə düşüb.
 

Redaksiyamıza şikayət edən sakinlər anoloji vəziyyətin hər yağışdan sonra yaşandığını qeyd edirlər. Bildirilir ki, yağış suları səbəbindən uşaqları məktəbə aparmaq müşkül məsələyə çevrilib.

 


Xəbər xətti