Bakıda silahla gəzən kişi tutuldu

14:57 - 19 Fevral 2018 - HADİSƏ

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata istinadən bildirir ki, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib.
 

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbər xətti