Ana səhifə
24 İyun 2018

“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır — FOTO

“Bakı-Metropoliteni” ilə Rusiyanın “Metrovaqonmaş” şirkəti arasında yeni müqavilə imzalanıb.

"Ucnoqta.az" xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Ölkə.Az"a bildirib ki, müqaviləyə əsasən “Metrovaqonmaş” şirkətindən hər birində 5 vaqon olan 2 qatar alınacaq.
 

“Bunlar 4-cü nəsil qatarlardır, son aldıqlarımızdan daha üstündür. Həmin qatarlar 2018-ci il ərzində alınacaq və cari il ərzində istifadəyə veriləcək”-deyə N.Paşayev vurğulayıb. 
 

Qeyd edək ki, bu qatarların istismar müddəti 31 ildir. Qatarlarda velosiped və uşaq arabaları üçün xüsusi yerlər var. 81-765/766 seriyalı qatarlar 2017-ci ilin əvvəlindən Mtişinsk zavodu tərəfindən istehsala başlayıb.

Tarix
19 Fevral 2018 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin