Əsəd əsgərlərini Afrinə göndərir - Bir neçə saata...

13:27 - 19 Fevral 2018 - DÜNYA

Suriyada prezident Bəşər Əsədə bağlı güclər bir neçə saat ərzində Afrinə daxil olacaq.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. 
 

Qeyd edək ki, ötən günlərdə Əsədlə PKK-nın Afrinin Suriya hökumətinə geri qaytarılması ilə bağlı toplanacağına dair xəbər yayılmışdı. Reuters PKK-nın qolu olan SDG-nin Əsəd rejiminə bağlı güclərlə razılıq əldə etdiyini və hökumətyönlü qüvvələrin Afrinə daxil olacağını yazmışdı. 
 

Anadolu Agentliyi isə yerli mənbələrə istinadən xəbər yaymışdı ki, Rusiyanın vasitəçiliyi ilə bir araya gələn PYD/PKK terror təşkilatı ilə Əsəd rejimi ortaq məxrəcə gələ bilməyib. 

 

Xəbər xətti