Ana səhifə
18 Noyabr 2018

"Mən olan yerdə siz “xırdalar” nə..." - İlhamə Quliyeva

Xalq artisti İlhamə Quliyeva paxıllığını çəkənlərə cavab verib. 



Ucnoqta.az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında konsertləri onun bağlamasına irad tutanlardan danışıb:

“Davalar gedir ki, nə vaxtacan konsertləri bu bağlayacaq? Utanmırsınız, bu sözü dilinizə gətirirsiniz? Heç kim öz başından böyük atlanmasın. Mən olan yerdə siz “xırdalar” nə karəsiz ki, konsert bağlayasız? O vaxt bağlaya bilərsiniz ki, mən tələsim, gəlib açılışı edib gedim. Əgər konserti başqası bağlayacaqsa, mən orada oxumayacam. Əslində, mənim üçün fərq etmir. Pis əvvəldə də, ortada da pisdir”.

İ.Quliyeva yeniliklərindən də söz açıb. O, Moskvada yeni əsər yazdırdığını deyib. Bu yaxınlarda isə müğənni həmin mahnıya Moskvada klip çəkdirmək üçün oraya yola düşəcək.

Küsülü olduğu həmkarlarına gəldikdə isə, İ.Quliyeva onları bağışlamayacağını söyləyib:

“Elə şey var ki, onu ölənəcən bağışlamaram. Mənim ürəyim yuxadır. Amma hər kəsi də bağışlamaq olmaz. Sonra çaşırlar”.(Axşam.az)

 

Tarix
1 Dekabr 2014 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin