Azərbaycanlıların çantasından 17 kilo heroin tapıldı - Dəyəri 1 milyon manat

11:00 - 19 Fevral 2018 - HADİSƏ

Türkiyənin Tokay əyalətində sərnişin avtobusunda azərbaycanlılara aid 17 kiloqram 421 qram heroin ələ keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, avtobusun baqajına baxış keçirilən zaman idman çantasının içərisində 17 paket 8 kiloluq narkotik vasitə aşkarlanıb. 
 

Çantanın azərbaycanlı A.M və T.N-ə aid olduğu məlum olub. 
 

Ələ keçirilən heroinin bazar qiymətinin 3 milyon TL (təxminən 1 milyon 400 min AZN) olduğu qeyd edilir. 

Xəbər xətti