Xınalıq yolunda qar uçqunu olub

10:57 - 19 Fevral 2018 - HADİSƏ

Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, yolun 35-ci km-də 37-ci km-nə qədər olan 4 yerdə qar uçqunu qeydə alınıb. Yolda avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.

Xəbər xətti