Şahdağda qarın hündürlüyü yarım metri ötüb - FAKTİKİ HAVA

Fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata istinadən bildirir ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 53, Daşkəsəndə 21, Gədəbəydə 20, Baş Daşağıl HM-da (Şəki) 17, Altıağacda 16, Göygöldə 15, Kişçayda 14, Rvarudda 12, Lerikdə 11, Kürmükçay-İlisu HM (Qaxbaş), Yardımlıda 10, İsmayıllı, Sarıbaşda 8, Kəlvəzdə 6, Şamaxıda 5, Ağdərədə 4, Şahbuz, Şəmkir, Qəbələdə 3, Şərur, Gəncədə 2, Şəki, Mərəzə, Qusarda 1, Qubanın dağlıq ərazilərində - Xınalıqda 43, Qırızda 40, Ləzədə 31, Nohurdüzündə 21, Qonaqkənddə 20, Qırızda 13, Xaltanda 12, Təngəaltıda 8 sm təşkil edib.

Tarix
19 Fevral 2018 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin