Ana səhifə
20 Noyabr 2018

Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu olub

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha 3 medal dəsti sahibini tapıb.

 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, fiqurlu konkisürmə növündə kişilərin sərbəst proqram üzrə yarışında yaponiyalı Yudzuru Hanyu 317,85 xalla ikiqat olimpiya çempionu olub. O həm də hazırkı olimpiadada Yaponiyaya ilk qızıl medalı qazandırıb. Hanyu 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı.

 

Yaponiyalı Soma Uno 306,90 xalla gümüş, ispaniyalı Xavyer Fernandes 305,24 xalla bürünc medal əldə edib.

 

Qadınların sloupstayl hərəkətlərində isveçrəli fristayl ustası Sara Hefflin 91,20 xalla olimpiya çempionu olub. Daha bir isveçrəli Matilda Qremo 88 xalla gümüş, böyük britaniyalı İzabel Atkin isə 84,60 xalla bürünc medala yiyələnib.

 

Çexiyalı dağ xizəkçisi Ester Ledetska isə supernəhəng slalom üzrə olimpiya çempionu ünvanına sahib çıxıb. O, 1 dəqiqə 21,11 saniyə nəticə göstərib. Ondan 0,01 saniyə geri qalan avstriyalı Anna Fayt gümüş, liderə 0,11 saniyə uduzan lixtenşteynli Tina Vayrater bürünc medal qazanıb.

Tarix
17 Fevral 2018 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin