Ana səhifə
24 İyun 2018

"Çinlə savaşa hazır olaq" — Amerikalı admiral

ABŞ-ın Avstraliyaya yeni səfiri kimi namizəd göstərilən admiral Harri Harris Çinin hərbi cəhətdən gedərək gücləndiyini qeyd edərək, ABŞ-ın bir savaşa hazır olmasının vacib olduğunu söyləyib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ Konqresində çıxış edən Harris Çin hökumətinin Cənubi Çin dənizində hakimiyyət qurmaqda olduğunu bildirib.
 

"Çinin niyyəti açıqca ortadadır. Bunu görməməklə özümüzü təhlükəyə atırıq.  Çinin beynəlxalq qanunlara dayanan balansı pozmağa çalışacağından narahatam",-deyə admiral qeyd edib.
 

Admiral Çinin hərbi cəhətdən getdikcə böyüməsinin yaxında ABŞ-a hər sahədə meydan oxuya biləcək nöqtəyə gələcəyini bildirib.
 

Harris, "Çin savaşda qalib gəlmək fikrinə düşsə, mən bir əskərəm. Bir savaşın qarşısını almağa çalışarkən, digər tərəfdən də savaş üçün plan hazırlamaq və mənbə hazırlamağın önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, məsələ Çinlə toqquşma nöqtəsinə gəlməz. Amma belə bir ehtimala qarşı hazır olmalıyıq",-deyib.

Tarix
16 Fevral 2018 [17:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin