Ana səhifə
22 Oktyabr 2018

Sumqayıtda “Live Your Goals” festivalı keçirilib

FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda “Kapital Bank Arena”da “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.

 

 

Ucnoqta.az xəbər verir ki, tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edib. Əvvəlcə “Live Your Goals” festival ilə bağlı mətbuat konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bildiriblər. Daha sonra festivalın açılış mərasimi olub. Hop Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim, “Sumqayıt” FK-nın Müşahidə Şurasının üzvü Əbdül Məmmədov çıxış edərək festival iştirakçılarına uğurlar azrulayıblar. “Sumqayıt” FK adından Hop Povellə klubun 50 nömrəli forması təqdim olunub.

Tədbirdə Face Art və hədiyyəli yarışlar keçirilib, top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib, tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə ediblər. Festivalda 8-15 yaş arası 83 qız iştirak edib. Sonda U-19 qızlar yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən qızlara sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

 

Bəhruz

Tarix
1 Dekabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin