Ana səhifə
18 Sentyabr 2018

Hərbçilər icazəsiz ölkədən çıxa bilməyəcək

Azərbaycan hərbi qulluqçuları ölkədən çıxarkən müvafiq qurumlardan rəsmi icazə almalı olacaqlar.

Milli Məclisdən "Trend"-ə verilən məlumata görə, bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi təklif olunur.

Qanunun 23-cü maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahli birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

Qanun layihəsi Milli Məclisin oktyabrın 17-də keçiriləcək növbəti iclasında müzakirə ediləcək.

Tarix
9 Oktyabr 2014 [15:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin