“Din media münasibətləri müasir internet resursları konteksində”

15:06 - 16 Fevral 2018 - Cəmiyyət

Etika Akademiyası fevralın 15-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2015-2025” - ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” Sərəncamında “Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq” 5.2.31 maddəsini əsas tutaraq  seminar təşkil edilib. “Din media münasibətləri  müasir internet resursları konteksində”  adlı seminarı aparmaq üçün millət vəkili, “Yeni Azerbaycan” qəzetinin rəhbəri, siyasi elmlər doktoru, professor ,əməkdar jurnalist Hikmət Babaoğlu dəvət edilib. Seminarda dinin ideoloji bir vasitə kimi dəyərlərin təbliğatında rolu və manipulyasiyanın sərhədi harda başlayır məqamlarına açıqlıq gətirildi. Hikmət Bababoğlu  qeyd etdi ki, Azərbaycanda din mədəniyyətinin milli mənəvi mədəniyyətin daxilindən gəlir , milli dəyərlər üzərində qurulub və ölkəmizin rifahına xidmət etməlidir  .  Etika məşqçiləri mədəniyyəti , qlobal standartları minlərlə məktəblilələrə, valideynə və gənc iş adamlarına aşılamaqdadır. Hər biri internet resurslarıını ən vacib iş aləti qismində istifadə edir.  Hörmətli ziyalımız Hikmət Babaoğlu İnternet resurslarında dəyərlərin bəzi qüvvələr tərəfindən manipulyasiya halına gətirilməsi və istifadə edilməsi haqqında danışdı.  Belə hallara  etika məşgçilərinin daha diqqətli olmağa , doğru münasibət bildirməyə çağırdı.

Bu gün milli kadrların ölkəmizə , dövlətimizi töhfəli xidməti üçün  milli dəyərlərə sahib çıxmaqla dünya bazarına integrasiyası vacibdir.Bunun üçün Etika Akademiyası inkişaf proqramlarını aşılayır. Bakı Şəhər Təhsil İdarəsi ilə  bağlanan birgə  fəaliyyət müqaviləsi əsasında onlarla məktəb Etiket dərnəyinə , müəllimlər natiqlik və davranış qaydalarında yüksək standartların öyrənilməsinə cəlb edilir. Özəl biznes sektorunda çalışan  iş adamları, gənc menecerlər,turizmdə xidmət verən insanlarımız dəyərlərin təbliğatında dünya bazarında böyük rol oynayır. Azərbaycan haqqında təəsüratın yaradılması en kiçik elementlərdə belə təbliğ olunmalıdır.  Hikmət Babaoğlu kimi  ziyalı ilə seminar xarakterli görüş töhfəli , informativ  və  uğurla tamamlandı . Hörmətli millət vəkili ilə növbəti mövzumuz  “Azəbaycanın mənəvi  lideri ulu öndər  Heydər Aliyevin siyasi etiketdə nümunələri , töhfələri , tezisləri” olacaqdır.
Etika Akademiyasının heyyətinin inkişafında ustad dərslərinin silsilələri davam edir.


Xəbər xətti