Lombardın qadın sahibinə 8 İL HƏBS TƏLƏBİ

14:55 - 16 Fevral 2018 - HADİSƏ

Dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və barəsində həbs qətimkan tədbirini seçilməsini istəyib.
 
Proses fevralın 23-ə təyin edilib.
 
Məhkəmənin növbəti iclası fevralın təyin edilib.
 
Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhərində Xətai rayonu ərazisində Lombard fəaliyyəti ilə məşğul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi Lombarda girov qoyduğu əmlakları mənimsəyib .
 
D.İsmayılova lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun dələduz əməlindən 200 nəfər zərər çəkib.
 
İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xəbər xətti