Baş nazirin konfransına saxta vəsiqə ilə girdi

14:41 - 16 Fevral 2018 - DÜNYA

Türkiyənin baş naziri Binəli Yıldırımın Almaniyanın baş naziri Angela Merkellə birgə mətbuat konfransında qarışıqlıq yaşanıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirlərin mətbuat konfransında göstərdiyi saxta şəkillərlə provokasiya yaradan saxta jurnalistin PKK tərəfdarı Armanc Agid Nerweyi olduğu ortaya çıxıb. Tərəfdar konfrans zamanı əlində Afrinə aid olmayan şəkilləri nümayiş etdirərək, şəkillərin həmin bölgəyə aid olduğunu iddia edib. 
 

Binəli Yıldırımın aranı qarışdırmağa çalışan “jurnalist”ə münasibəti sərt olub. O bildirib ki, əlindəki fotolar saxtadır: “Reallığı görmək istəyirsənsə, Afrinə get. Məcburi köçkün problemi təkcə bizim həll edə biləcəyimiz bir mövzu deyil. Bu problemləri yaradan da bizlər deyilik. Biz sadəcə nəticələrə dözürük. 3.5 milyon suriyalını bağrımıza basıb, çörəyimizi paylaşmışıq. Bizə saxta şəkillər göstərən şəxs bu reallığı görsün. Nə elədiyimizi bütün dünya bilir. Alnımız açıqdır”.

Xəbər xətti