Ana səhifə
22 Sentyabr 2018

SOCAR-ın əməkdaşı iş yerində özünü 8-ci mərtəbədən atıb

Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.
 
"Ucnoqta.az" SOCAR-dan APA-ya verilən məlumata istinadən bildirir ki, İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.
 
İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Tarix
16 Fevral 2018 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin