Ana səhifə
19 Dekabr 2018

Daha bir ölkə Rusiyanı kiber hücumlarda İTTİHAM ETDİ

ABŞ-dan sonra Avstraliya höküməti də Rusiyanı“NotePetya” virusundan istifadə etməklə nəhəng xaker hücumunda ittiham etdi.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazır.

“Avstraliya kəşfiyyat orqanlarının hesabatları, ABŞ və Böyük Britaniya ilə məsləhətləşmələrdən sonra Avstraliya bu hücumların məsuliyyətinin rusiya dövlət dəstəyi ilə fəaliyyət göstərən şəxslərə aid olduğunu hesab edir.” 16 fevral 2018-ci ildə Avstralya Hüquq-mühafizə orqanları və kiber-mühafizə naziri Enqus Teylorun “The Australian”a şərhində qeyd olunur.
 
“Avstraliya Höküməti Rusiyanı Qlobal iqtisadiyyata, hökümət orqanlarının, biznesə və insanların fəaliyyətinə ciddi risk yaradacaq bu cür hərəkətlərə görə qınıyır”.
 
 2017-ci il iyunun 27-də məlumətlara girişə kilit qoyan və kilidin açılması üçün əlavə ödəniş tələb edən virusdan Avropa, Asiya və Amerika Hökumət orqanlarına milyonlarla dollar dəyərində zərər dəyib. Qeyd edək ki,“NotePetya” virusu əvvəl Rusiya, sonra Ukraniyada yayılmış və buradan digər ölkələrə yayılmağa davam etmişdir.
 
Qeyd edək ki, 15 fevral ABŞ hökumətinin Britaniyanın ardınca Rusiyanı ittiham etməsinə Rusiyadan cavab özünü çox gözlətmədi. Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya hökümətinin əsassız surətdə irəli sürülən bu cür ittihamları rədd etdiyini bildirdi.

Tarix
16 Fevral 2018 [22:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin