"Neftçi" klubunun prezidenti istefa verib

12:20 - 16 Fevral 2018 - İDMAN

 “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.

“Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Qeyd edək ki, Orxan Hüseynzadə həm də AFFA Klublar Komitəsinin sədridir. 

Xəbər xətti