Arif Əsgərovun qohumu son sözünü deyəcək

10:55 - 16 Fevral 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun məhkəməsi keçirilib.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə müdafiə çıxışı edilib. Vəkil dəyən zərərin bir hissəsinin ödənildiyini bildirərək yüngül cəza verilməsini istəyib. E.Hüseynova son söz demək təklif edilib, o isə hazır olmadığını deyərək vaxt istəyib. Proses fevralın 23-də davam etdiriləcək.
 

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək E.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 

İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə müxtəlif şəxslərdən ümumilikdə, təxminən 8 milyon manat pul mənimsəyib.
 

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynovun məhkəməsi hazırda davam edir. 

Xəbər xətti