Ana səhifə
23 Sentyabr 2018

NATO ölkələri “hərbi Şengen” yaradır

NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul ediblər. 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə "RİA Novosti" Brüsseldəki hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.
 
Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı yaratmaq barədə razılığa gəliblər.
 
Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki, ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər sürətlə hərəkət edə bilməlidir. 

Tarix
15 Fevral 2018 [20:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin