Azərbaycan üçün Həcc kvotası qaldırıldı

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.
 
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. 
 
Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.
 
Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.
 
Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.

Tarix
15 Fevral 2018 [17:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-02-15 17:40:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin