Millimizin yeni reytinqi - FİFA açıqladı

13:41 - 15 Fevral 2018 - İDMAN

FİFA milli komandaların növbəti  reytinq cədvəlini açıqlayıb.
 

"Ucnoqta.az" Qol.az-a istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.  Yığmamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay komandamızın Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın  281-dən 275-ə qədər enməsi ilə nəticələnib.
 

Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).

Xəbər xətti