Ana səhifə
22 Sentyabr 2018

Andrea Ranokkiya -

İtaliya "İnter"inin futbolçusu Andrea Ranokkiya Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

 

Ucnoqta.az-ın "Qol.Az"a istinadla verdiyi məlumata görə, İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi "Qarabağ"la görüşün asan olmayacağını deyib:

 

"Öz meydanımızda mübarizə aparacağıq. Ancaq bizi çətin oyun gözləyir. Çünki rəqib haqda məlumatımız azdır. Bununla belə, sübut etməliyik ki, "İnter" öz meydanında hər bir rəqibini üstələyə bilər. Qrup mərhələsinə yaxşı başlamışıq. Bu uğurun ardını gətirməliyik. Bizdə hər şey yaxşıdır. "İnter" peşəkar klubdur. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna məsuliyyətlə yanaşırıq".

 

Xatırladaq ki, "Cüzeppe Meazza" stadionunda keçiriləcək "İnter" - "Qarabağ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Tarix
29 Sentyabr 2014 [17:36]
Müəllif
Üç nöqtə
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin