Ana səhifə
23 Sentyabr 2018

Alimlər: "İstanbul su altında qala bilər"

Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.
 
Qlobal istiləşmənin dəniz səviyyəsinin artım sürətinə iki fərqli yöndə təsir etdiyi vurğulanıb. Atmosfer və dəniz suyundakı istiləşmə bir yandan su səviyyələrini nisbi olaraq yüksəldərkən digər yandan da Antarktika və Qrenlandiya kimi iri buz kütlələrinin əriməsini sürətləndirərək su miqdarını artırır.
 
Alimlərin fikrincə, 2100-cü ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox məşhur şəhəri ya tamamilə, ya da qismən sular altında qalma təhlükəsi gözləyir.

Tarix
15 Fevral 2018 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin