Ana səhifə
23 Sentyabr 2018

"Şimali Koreyaya təzyiq göstərməyə hazırıq" — Tramp və Abe

Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, siyasətçilərin teleon danışığı bir saatdan çox davam edib. Tərəflər Şimali Koreyaya maksimal təzyiq, ikitərəfli ticarət məsələlərini müzakirə ediblər.
 

Pxençxanda ABŞ vitse-prezidenti Mayk Pens və Yaponiyanın baş naziri Sindzo Abenin görüşünün nəticələri də iki lider tərəfindən müzakirə edilib. Tərəflər Şimali Koreya ətrafında yaranan vəziyyətə fərqli baxış bucağı, Yaponiyanın bundan sonrakı fəaliyyəti, Yaponiya-ABŞ-Cənubi Koreya formatında müzakirə ediləcək məsələlər gündəmə gəlib.
 

Hər iki lider Şimali Koreyaya qarşı maksimal təzyiqə davam etmək mövzusunda razılığa gəliblər. Qeyd edilib ki, Şimali Koreya nüvə silahı istehsalından əl çəkməsə, bu ölkə ilə dialoq aparmaq mənasızdır.

Tarix
15 Fevral 2018 [19:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin