“Jeep” kanala aşıb, bir nəfər ölüb

09:45 - 15 Fevral 2018 - HADİSƏ

Sabirabad rayonunun Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.
 
"Ucnoqta.az" FHN-dən APA-ya verilən məlumata istinadən bildirir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti