Konstitusiya cəmiyyət, dövlət, vətəndaş arasındakı münasibətlərin əsasını tənzimləyir

18:17 - 14 Fevral 2018 - KİVDF

O hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir

Azərbaycan Konstitusiyasına son dəyişikliklər hüquqi dövlət quruculuğu sahəsində önəmli addımlardan biri idi. Bunu ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar tələb edirdi. “ İstənilən  cəmiyyəti dövlətsiz, istənilən hüquqi,  demokratik  dövləti isə konstitusiyasız təsəvvür etmək mümkün deyil. Konstitusiya cəmiyyət, dövlət, vətəndaş arasındakı münasibətlərin əsasını, özəyini  tənzimləyir, insanın cəmiyyətdə yerini müəyyən edir. Konstitusiya demokratiyanın ən vacib institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir, hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası qəbul olunduğu dövrdə həmin dövr üçün ən təkmil konstitusiyalardan biri olubdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması strategiyası ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiqliyi və bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, Azərbaycanın  dünyaya, ilk növbədə Avroatlantika məkanina sürətli inteqrasiyası, çoxsaylı beynəlxalq təşkilatlara üzv olması,  habelə dünya dövlətləri ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində səmərəli əməkdaşlıq göstərməsi, ölkə iqtisadiyyatının surətli inkişafı və onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi, «Əsrin müqaviləsi»nin icrası prosesində Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçılarından birinə, həmçinin regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə etibarlı tərəfdaş qismində çıxışı, elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin,  həm də dövlətin iqtisadi inkişafınin təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi və s. bu kimi əhəmiyyətli məsələlər Konstitusiyada artıq iki dəfə düzəlişlərin edilməsini zəruri etmişdir”.

Bunu  Bakı Dövlət Universitetinin Konstitusiya hwquqi kafedrasının baş müəllimi Elşad Nəsirob deyib. Onun sözlərinə görə,  nəticə etibarilə 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə isə 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək,  bir daha təkmilləşdirilib, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırılıb və Azərbaycanın gələcək inkişafı üçün hüquqi zəmin yaradıb. “Azərbaycanın ilk milli Konstitusiyasının qəbulundan sonra keçən bu müddətdə aparılan siyasi və iqtisadi islahatların, həyata keçirilən demokratik dəyişikliklərin, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların əldə edilməsinin təməlində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin əvəzolunmaz xidmətləri dayanır.  Onun müəllifi olduğu demokratik, hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və mültikulturalizm prinsipləri möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün yüksək idarəetmə qabiliyyətinə malik olan cənab İlham Əliyev dünya siyasətinin əsaslarını diqtə edən hegemon dövlətlərlə yanaşı, region dövlətləri ilə də balanslaşdırılmış, qətiyyətli və uzaqgörən xarici siyasət kursunu davam etdirməklə müharibələrin tüğyan etdiyi, terrorçuluğun və dini ekstremizmin geniş vüsət aldığı indiki şəraitdə Azərbaycanın təhlükəsizliyini təmin edir, onun alternativi olmayan rəhbərliyi altında Azərbaycan hərtərəfli və dinamik inkişaf yolundadır, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilir, insan ləyaqətinin və insanpərvərlik prinsiplərinin ali dəyərlər kimi qorunması istiqamətində ardıcıl iş aparılır, demokratik, hüquqi dövlət quruculuğu davamlı olaraq inkişaf etdirilir”.  Elşad Nəsirov bildirib ki, müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının surətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin  yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli şəkildə inkişaf etməsi,  ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, dünya birliyində gedən  müasir proseslər dövlət idarəetməsi istiqamətində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. “Azərbaycan  müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və geniş miqyaslı islahatların sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıbdır. Daha dəqiq desək,  inkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurub və həmin islahatların həyata keçirilməsi də öz növbəsində böyük inkişafa təkan veribdir. Hazırda ölkəmizdə bundan sonrakı dövrün daha dinamik yüksəlişini təmin etmək, dövlət müstəqilliyini möhkəmləndirmək, siyasi sistemi təkmilləşdirmək  üçün zaman növbəti islahatların sifarişini irəli sürür. Bu isə konstitusiyada dəyişikləri gündəmə gətirirdi Son dəyişiklik də bununla bağlı idi. Möhtərəm Prezidentimiz  İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsini geniş miqyasda cəmiyyətin müzakirəsinə təqdim etməsi respublikamızda bundan sonrakı tarixi epoxada daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlibdir”.  Onun sözlərinə görə, dövlət başçısı  tərəfindən irəli sürülmüş düşünülmüş dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm nailiyyətlərin və yeniləşmələrin əldə edilməsinə yol açırdı.  Əslində təklif edilən dəyişikliklər respublikamızda dövlət müstəqilliyinin 25 il ərzində keçilmiş inkişaf yolunun dərslərindən çıxarılan mühüm nəticələrdir.

 Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsində ölkəmizin hər bir vətəndaşı maraqlı olduğu üçün Konstitusiyaya təklif edilən dəyişikliklər bütövlükdə xalqımızın milli maraqlarını və dövlətçilik ideallarını ifadə edir. Ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun  qərarında deyildiyi kimi, təklif olunan dəyişikliklər ölkəmizin ümumxalq səsverməsi ilə qəbul olunmuş Baş Qanunnaməsinin – Konstitusiyamızın tələblərinə və prinsiplərinə tamamilə uyğundur. Bu, eyni zamanda, tarixə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə daxil olmuş  Konstitusiyamızın cəmiyyətdə baş verən proseslərə açıq olduğunu və mövcud reallıqlardan doğan dəyişikliklərlə zənginləşdiyini bir daha nümayiş etdirir”.


(ardı var)

Xəbər xətti