Ana səhifə
18 Fevral 2018

Külək Qış Olimpiya Oyunlarında həyəcanlı anlar yaşatdı

Pxençanda keçirilən Qış Olimpiya Oyunlarının sahil hissəsində hələ səhərdən dəhşətli küləklər əsməyə başlayıb və onun kəsəcəyinə heç bir işarə yoxdur.
 
Bu haqda "Ucnoqta.az" Modern.az-a istinadla xəbər verir.  
 
Olimpiyadanın təşkilatçıları qadınlar üzrə dağ xizək yarışlarının final mərhələsini dağıdıcı küləklərə görə fevralın 16-na keçirməyi qərara alıblar
 
Məlumata görə güclü külək ilk əvvəl azarkeşlərin giriş punktlarını dağıdaraq, daha sonra xırda konstruksiyaları da havaya sovurub. Könüllülər çadırları əlləri ilə saxlağa məcbur olublar. Hətta koreyalı qadın kolyaskadakı uşağını son anda saxlaya bilib.
 
Təşkilatçılar azarkeşlərə səsucaldıcılar vasitəsilə güclü külək zamanı restoranlarda və qapalı yerlərdə sığınmağı məsləhət görüblər. Sonda təşkilatçılar azarkeşlərdən olimpia parkını tamamilə tərk etməyi xahiş ediblər.
 
Qeyd edək ki, bu vaxta qədər təhlükəli hava şəraitinə görə artıq bir neçə dəfə müsabiqələrin vaxtları dəyişdirilib.
 
Xilasedicilər dəymiş zərərin aradan qaldırılması və zərərçəkənlərə lazımi yardımın göstərilməsi üçün tədbirlər görürlər.

Tarix
14 Fevral 2018 [23:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ