Ana səhifə
18 Fevral 2018

ABŞ-ın Rusiya və Çinə qarşı mükəmməl silahı...

Amerika istehsalı “Sea Hunter”  (“Dəniz ovçusu”) silahı  öz sahəsində irəliyə doğru böyük addım atıb.
 
30 yanvar tarixində ABŞ Müdafiə Nazirliyinin Perspektivli Araşdırma Layihələri Şöbəsinin (DARPA) istehsalı olan “Sualtı gəmilərin izlənməsi üçün, sualtı insansız kompleksi ABŞ dəniz qüvvələrinin silahlanmasına qəbul olunub.
 
“Sea Hunter” azsəsli azsəsli dizel-elektrik mühərrikli sualtı gəmilərin bir neçə ayadək, fasiləsiz izlənməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulub. Bu, sualtı gəmilərə qarşı mükəmməl texnologiyadır. 
 
Bu işlərə 2010-cu ildən başlanılıb. 2015-cı ildə Kolumbiya çayında keçirilən sınaqlarda ilk uğurların imza atıb.
 
“ACTUV özlüyündə hərbi dəniz əməliyyatları səhnəsinə yeni baxışı nəzərdə tutur. Belə ki, artıq ço funkisonallı, bahalı və azsaylı gəmilərin yerinə, səhnəyə öz sahəsində təkmilləşdirilmiş, birlikdə daha effektiv olan platformalar çıxacaq. Hərbçilər çoxdan dəniz şahmatı lövhəsində “kral” və “kraliçanın” bir çox piyada ilə dəyişdirilməsinin strateji əhəmiyyətini qeyd edirdilər, ACTUV bu sahədə məhz ilk addımdır.” – DARPA-nın hərbi texnalogiyalar şöbəsinin müdiri Fred Kennedi belə deyib.

“Dəniz ovçusu”nun əsas tapşırığı gəmilərin izlənməsi olduğu halda, digər gəmilər hədəfin məhvini həyata keçirmək üçün nəzərdə tutulub.
 “Dəniz ovçusu”nun gündəlik istirmarı ABŞ-a 15-20 min dollara başa gələcəyi halda, gəmi əleyhinə döyüş  qabiliyyətli raketdaşıyıcı esmineslərin gündəlik istismarı 700 min dollara başa gəlir”

Bu da ABŞ dəniz qüvvələrinə öz rəqibləri qarşısında yeni imkanlar açır. Qeyd edək ki bu sahədə ABŞ-ın rəqibi olan və öz liderliyini qoruyan Çinin dizel-elektrik mühərrikli gəmilərinin sayı 2016-cı ildə 50-yə çatdığı halda, proqnozlara görə 2030-cu ildə 75-ə çata bilər. Hələ texnologiyanın bu cür inkişafını nəzərə alsaq qeyd etmək lazımdır ki, bu artıq yeni texnologiyaların istifadəsini məqbul sayır. Nəzərə almaq lazımdır ki, soyuq müharibədən sonra rəqiblərinə nisbətdə dəniz qüvvələri bərbad vəziyyətdə olan Rusiya da bu sahədə kifayət qədər böyük uğurlara imza atıb.

Adından da görüldüyü kimi “Dəniz ovçusu”nun əsas istifadə sektoru gəmilərin izlənməsi olacaq. Bundan əlavə DARPA bu nəhəngi müxtəlif modullar vasitəsilə digər sferalarda istifadəsinin sınaqlarını həyata keçirib. Bu maraqlı sınaqlardan biri minaların təmizlənməsi ilə bağlıdır ki, bu da böyük insan həyatını təhlükəyə atmadan böyük perspektivlər vəd edir.
 
“Dəniz ovçusu” uzaqdan idarə pultu vasitəsilə operator tərəfindən idarə olunur. Süni intelekt sahəsində əldə olunan yenilikləri nəzərə alaraq qeyd etmək lazımdır ki, ABŞ dəniz qüvvələri bu uğurla kifayətlənməyib sistemi daha da təkmilləşdirmək və bu sahədə avtonomluğu daha da irəli aparmaq niyyətindədirlər. “Bizim məhdudiyyətlərimiz yoxdur, lakin buna keçid üçün daha avtonom özüidarə olunan sistem yaratmaq lazımdır” - pilotsuz dəniz sistemləri proqramının rəhbəri Con Raker qeyd edib.
 
“Biz hələ operatordan imtina etmək üçün lazımi texnologiyalara sahib deyilik. Planlarımıza pilotsuz aparatın idarəetmə sistemində informasiyanın daha etibarlı saxlanması daxildir. Radioelektron mübarizə sistemlərini və silahlanmanın təkmilləşdirilməsini istəyirik.  Dron sualtı gəmilərin nəzarətdə saxlanması, analizi və idarə olunması imkanlarına sahib olacaq.” – deyə Con Raker açıqlama verib.
 
“Vigor İnustrial”ın istehsalı olan bu prototip çəkisi 140 ton, uzunluğu 40 m olmaqla öz növündə bu günədək istehsal olunmuş insansız gəmilərin ən nəhəngidir.
Tam doldurulmuş yanacaqla çəkisi 145 tondur ki, bunun da 40 tonunu yanacaq təşkil edir. İdarə məsafəsi 10000 (16000 km) mildir. İki dizel mühərriki ilə gücləndirilmiş komleks 50 km/s sürət yığa bilir.
 
Dəniz qabarmalarının 5 bal, dalğa yüksəkliyinin 2 m olduğu şəraitlərdə belə döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Yüksək tezlikli hidrolokasiya digər gəmilərin sürət, forma, ölçü və digər xarakteristikalarını müəyyən etməyə imkan verir.
 
Dron operatorla və avtonom şəkildə 90 günədək fasiləsiz patrul xidmətini həyata keçirməyə qadirdir. Bu digər gəmiləri nəzarətdə saxlamağa və strateji obyektlərdən uzaq tutmağa böyük imkanlar yaradır. Layihə çərçivəsində sınaqların davam etdirilməsi üçün 2016-cı ildə DARPA daha 8.5 milyon dollar maliyyə yardımı görüb.
 
Qeyd edək ki, 2017-ci ilin dekabrında ABŞ Dəniz Qüvvələri “Leidos” şirkəti ilə artıq “Dəniz ovçusu 2” şərti adını almış ikinci gəminin istehsalı üçün 35.5 milyon dollarlıq müqavilə bağlayıb.



//Modern.az//
 

Tarix
14 Fevral 2018 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ