Ana səhifə
20 Oktyabr 2018

"Dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir" Allahşükür Paşazadə

"Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.
 

A.Paşazadə bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində böyük uğurlar əldə edilib.
 

Şeyxülislam vurğulayıb ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda dindarlar üçün hər cür şərait yaradıb:
 

“Ona görə də öz növbəmizdə biz dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bütün dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq”.

 

Tarix
14 Fevral 2018 [11:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin