Ana səhifə
16 Avqust 2018

Ölkədəki respirator virusla bağlı SON DURUM

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.
 

"Ucnoqta.az" xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva  Trend-ə bildirib ki, ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir.
 

Mütəxəssisin sözlərinə görə, xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir.
 

"Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".

Tarix
14 Fevral 2018 [10:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin