DİN: Ötən gün 115 cinayət hadisəsi törədilib

09:57 - 14 Fevral 2018 - ÖLKƏ İÇİ

Ötən gün daxili işlər orqanları tərəfindən 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

"Ucnoqta.az" DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, həmçinin axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Xəbər xətti