Ana səhifə
16 Avqust 2018

Beynəlxalq Bankda yeni kadr TƏYİNATLARI

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.
 
"Ucnoqta.az" Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, Emil Əmirov banka informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Emil Əmirov Azərbaycan Beynəlxalq Bankında elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
 
Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən Emil Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov Azərbaycan Beynəlxalq Bankının informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.
 
“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Tarix
14 Fevral 2018 [09:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin