Ana səhifə
20 İyul 2018

“Bu qanunu mən icad etməmişəm” - Vitse-spikerdən cavab

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin Konstitusiyaya zidd olması ilə bağlı deputatlar tərəfindən səsləndirilən iradlara cavab verib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Ələsgərov qeyd edib ki, bu qanun qəbul olunandan sonra əlbəttə ki başqa qanunlarla uyğunlaşdırılmalıdır: “Mən İşçi Qrupunun üzvlərini və ekspertləri komitəmizdə aparılan müzakirələrdən sonra Ələtə apardım. İki gün orada olduq və hamısının fikirləri tanışlıqdan sonra tamamilə dəyişdi. Ən qabaqcıl təcrübəni masanın üstünə qoymuşuq. Bunu mən, Valeh Ələsgərov icad etməmişəm. Qanunun beynəlxalq təcrübəyə uyğun olduğunu da görəndən sonra sizə əminliklə onu təqdim etdim. Kim  desə ki, Ələt öz-özünə cəlbedicidir,bu, yanlışdır. Ələti cəlbedici etmək üçün belə qanunvericilik lazım idi”.
 

Parlamentin Hüquq siyasəti və dövlət qurucuıuğu komitəsinin sədri Əli Hüseynli  də sözügedən məsələyə münasibət bildirib. 
 

Onun sözlərinə görə, sənəddə Konstitusiya ilə ziddiyyət təşkil edən heç bir məqam yoxdur:
 

"Əslində bu sənəddə bəzi məsələlərin mövcud qanun və qaydalardakı məqamlardan üstün olması lazımdır. Çünki söhbət azad iqtisadi zonalardan gedir. Bu zonların yaradılması bir çox üstünlükləri tələb edir və xarci investorlar da məhz iş görərkən bu məqamlara söykənirlər. Ona görə də burada Konstitusiya ilə ziddiyyətlərin təşkil edilməsin söhbət gedə bilməz və bunlara da əsas yoxdur".
 

Qeyd edək ki, qanun lahiyəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edilib.

Tarix
13 Fevral 2018 [16:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin