Ana səhifə
18 Noyabr 2018

Gürcüstan Saakaşvilinin ekstradisiyası üçün Polşaya sorğu göndərdi

Gürcüstan hökuməti Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin ekstradisiyası üçün Polşaya sorğu göndərib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu məlumatı Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani verib. Nazir bəyan edib ki, Gürcüstan prokurorluğu Saakaşvilinin ekstradisiyası üçün Ukraynaya göndərdiyi sorğunu ləğv etməyəcək. 
 

Teyanın sözlərinə əsasən, ötən il Saakaşvili Polşada olanda Gürcüstan prokurorluğu Varşavadan siyasətçinin ekstradisiyasını tələb edib.
 

Saakaşvili isə, Almaniyanın kansleri Angela Merkel və Avropa İttifaqından yardım istəyib. Siyasətçi bildirib ki, Kiyevdə maskalı şəxslər ona hücum edərək, təyyarə ilə Polşaya aparıblar:
 

"Buna görə məsuliyyəti Ukrayna prezidenti Pyotr Poroşenko daşıyır. Əgər Avropa İttifaqı və Angela Merkel tədbir görməsə, Ukrayna dağılacaq. Poroşenko ölkəni dağıdır".
 

Qeyd edək ki, Saakaşvili qanuni yollarla Ukraynaya qayıdaraq mübarizəsini davam etdirmək istəyir.

Tarix
13 Fevral 2018 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin