Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

 "Çin Xalq Respublikasına səfərimizin 4 əsas məqsədi var idi. Bu, Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir".

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu Çinə səfərinin yekunlarına həsr edilmiş bügünkü mətbuat konfransında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur: "Ötən il Azərbaycan vasitəsi ildə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqaisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi "Bir kəmər, bir yol" layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb".

Tarix
13 Fevral 2018 [18:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin