Ana səhifə
18 Noyabr 2018

Hindistanda terror hücumu — 10 ölü

Hindistanın Cammu və Kəşmir ştatının Suncavan rayonunda hərbi düşərgəyə radikal islamçılar hücum ediblər.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Pakistanla sərhəd xəttində yerləşən rayonda qeydə alınan insident nəticəsində 10 hərbçi həlak olub.
 

"Caişi Muhammed" qruplaşmasının üzvləri gecə saatında düşərgəyə avtomat silahlardan atəş açıblar və əl qumbarası atıblar.

Hücumçular gizlənsələr də, hərbçilər bir neçə saat sonra onları aşkar edərək  4 terrorçunu məhv ediblər.
 

Hindistanın müdafiə naziri Nirmala Sitharaman Pakistanı qruplaşmaları maliyələşdirməkdə ittiham edib və hücuma görə cavab verəcəklərini bildirib. Rəsmi İslamabad isə Hindistanın ittihamlarını absurd və əssasız adlandırıb.

Tarix
13 Fevral 2018 [15:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin