“Bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir”

13:50 - 13 Fevral 2018 - DİGƏR

“Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtı bu vəzifələri icra etməyə hazır olmurlar”.
 

"Ucnoqta.az" Modern.az-a istinadla bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova deyib.
E.Axundova söyləyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir: “Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları artırılmalıdır.
 
Ötənilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.
 
Deputat onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.

 

Xəbər xətti