Ana səhifə
19 Avqust 2018

"Türkiyə-ABŞ münasibətləri dayandırıla bilər" Rəsmi Ankara

Suriyada fəaliyyət göstərən PYD terrorçularına ABŞ tərəfindən 500 milyon dollar həcmində maliyyə yardımının edilməsi Ankara ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxara bilər.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib.
 

Nazir müavini vurğulayıb ki, ABŞ terrorçularla yox, Türkiyə ilə bütün məsələlərdə əməkdaşlıq etməlidir: “Təəssüf ki, ABŞ Suriyadakı terrorçularla bağlı mövqeyini dəyişməyib və Vaşinqton hələ də PYD terrorçularına hərbi yardım göstərir”.
 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ PYD terror təşkilatına 500 milyon dollar həcmində maliyyə yardımı göstərəcəyini elan etmişdi.

Tarix
13 Fevral 2018 [21:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin