Ana səhifə
21 Aprel 2018

İşdən qovulan müstəntiq ifadə verdi - “Yol polisləri dedi, sürücü yoxdur”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib. 
 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub. 
 

O məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi,  baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.
 

Şahidlər qəzanı cavan uşağın törətdiyini dedilər. Həmin cavan oğlanı tapa bilmədik. Polislər mənə yaxınlaşıb qəzanı törədən şəxsin burda olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yox idi. Meyiti morqa aparıb oradan idarəyə getdim. 
 

Sonra Əmrulla adlı biri gəlib hadisəni özünün törətdiyini dedi. Orada Əmrullanı dindirdim və yalan danışdığını bildim. Dərhal cinayət işi açdım. Araşdırma zamanı Rəhim özü cinayəti etiraf etdi.

Tarix
13 Fevral 2018 [11:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ