Ana səhifə
23 May 2018

BMAM-da görüş keçirilib

 Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin qonağı olub.

BMAM Mətbuat katibliyindən Ucnoqta.az-a verilən məlumata görə, Mərkəzin sədri, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqovla görüşdə iki dost ölkə, Misir və Azərbaycan arasında beynəlxalq və mədəniyyət sahəsində əlaqələrdən söhbət açılıb. BMAM-nin fəaliyyəti və gördüyü işlər barəsində qonağa məlumat verən Rufiz Qonaqov Misir Mədəniyyət Mərkəzi ilə birgə müxtəlif tədbirlərin həyata keçirilməsi istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb. Öz növbəsində görüşdən məmnunluğunu ifadə edən Misirli diplomat Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətləri barəsində geniş söhbət açaraq,  Misir Respublikasında fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə Azərbaycandakı Vətəndaş Cəmiyyətləri arasında birgə fəaliyyətin daha da genişləndirilməsinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəciyini diqqətə çatdırıb.

Görüşün sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi BMAM-nin kollektivini Misir Mədəniyyət Mərkəzini ziyarət etməyə dəvət edib. 

 

 

Tarix
13 Fevral 2018 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin