Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi

20:36 - 13 Fevral 2018 - SİYASƏT

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.
 

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki,  bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.
 

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.
 

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Xəbər xətti