Ana səhifə
23 May 2018

"Zeytun budağı"nda daha bir QƏLƏBƏ - Amara strateji yüksəkliyi azad edildi

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.
 

Baş Qərargahın yaydığı məlumatda qeyd edilir ki, bu gün səhər saatlarından başlayan əməliyyatlar nəticəsində Məhəmmədiyə yaşayış məntəqəsi və Amara adlı strateji yüksəklik terrorçulardan azad edilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Tarix
13 Fevral 2018 [09:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin