Ana səhifə
18 Avqust 2018

11 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 7 nə­fər Nepal, 3 nəfər Hindistan və 1 Şri Lanka və­­tən­da­şı sax­­­la­nılıb.
 

"Ucnoqta.az" Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna və­tən­da­şı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil et­diyi məlum olub.
 

Belə ki, 3 nəfər Hindistan və 1 nəfər Şri Lanka vətəndaşının Avropaya getmək məqsədi ilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil et­di­yi aşkarlanıb.
 

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə gön­də­ri­lə­cək­ləri vədi ilə aldadaraq külli miqdarda və­sait­lə­rini mənimsədiyi məlum olub.
 

Eyni zamanda Deepakın 7 nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə tə­min ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana gön­­dər­di­yi müəyyən edilib.
 

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Tarix
12 Fevral 2018 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin